"Real" yayda transfer bazarının ən fəal klubu olacaq. Artıq "Kral Klubu"nun bu yay heyətinə bir neçə ulduz futbolçunu qatacağı dəqiqləşib.
Bu arada komandanın ulduzu Kriştiano Ronaldonun rəhbərliyə transfer edilməsini istədiyi futbolçuların siyahısını təqdim etməsi barədə xəbər yayılıb. "Diario Gol"un iddiasına görə, portuqaliyalı ulduzun siyahısında 7 futbolçu yer alıb.
Həmin siyahıda David De Gea (Mançester Yunayted), Tibua Kurtis (Çelsi), Hektor Bellerin (Arsenal), Məhəmməd Salah (Liverpul), Markinyuo (PSJ), David Alaba (Bavariya) və Qonçalo Quedesin (Benfika) olduğu bildirilir.
Əvəzində Toni Kroos, Rafael Varane, Kərim Benzema, Keylor Navas, Luka Modriç və Mateo Kovaciçin komandadan göndəriləcəyi deyilir.
Fanat.Az