Bu gün Avropa Liqasında 1/8 final mərhələsi çərçivəsində ilk oyunlar keçiriləcək. Fanat.Az xəbər verir ki, mərhələnin ən çox gözlənilən matçı İtaliyada oynanılacaq.
"Milan” doğma azarkeşləri önündə "Arsenal”ı qəbul edəcək. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”la rəqib olmuş "Atletiko” da tura evdə start verəcək. Madrid təmsilçisi Moskva "Lokomotiv”i ilə üz-üzə gələcək.
Avropa Liqasında mübarizə aparan 3 Rusiya klubundan yalnız MOİK doğma azarkeşlər önündə oynayacaq. MOİK Fransa "Lion"unu sınağa çəkəcək. Turnirin güclü komandalarından hesab olunan Dortmund "Borussiya"sı Avstryanın "Zalsburq" klubu ilə ilk matçda sərfəli nəticə əldə etməyə çalışacaq. Almaniyanın digər təmsilçisi "Leyptsiq" doğma meydanda Rusiya "Zenit" ilə görüşəcək.
Avropa Liqası
2017/18 mövsümü
1/8 final (ilk oyunlar)
8 mart
22.00 Milan (İtaliya) - Arsenal (İngiltərə)
22.00 Atletiko (İspaniya) - Lokomotiv (Rusiya)
22.00 Borussiya (Dortmund, Almaniya) - Zalsburq (Avstriya)
22.00 ÇSKA (Rusiya) – Lion (Fransa)
9 mart
00.05 Latsio (İtaliya) - Dinamo (Kiyev, Ukrayna)
00.05 Leyptsiq (Almaniya) - Zenit (Rusiya)
00.05 Marsel (Fransa) - Atletik (İspaniya)
00.05 Sportinq (Portuqaliya) - Viktoriya (Çexiya)
Fanat.Az