Yayda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Zlatan İbrahimoviçin yeni klubu açıqlanıb. Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, isveçli ulduz karyerasını ABŞ-da davam etdirəcək.
Belə ki, İbrahimoviç artıq "Los Anceles Qalaksi" ilə müqavilə imzalayıb. Transfer "Los Anceles Qalaksi" ilə "Los Anceles FC" arasında martın 31-də keçiriləcək derbi oyunundan əvvəl rəsmən açıqlanacaq.
Fanat.Az