"Qarabağ"ın 1.5 milyona satdığı futbolçu ilk oyunda qol vurdu - VİDEO
"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin "Xançjou Qrintaun" klubunda ilk rəsmi oyununa çıxıb. Fanat.Az xəbər verir ki, CAR millisinin üzvü debüt matçında qol vurub.
28 yaşlı hücumçu "Ney Monqol" klubu ilə ev oyununda fərqlənib. O, 2:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın 56-cı dəqiqəsində ilk qolun müəllifi olub.
Qeyd edək ki, Dino Ndlovu "Xançjou Qrintaun"la yanvarın 20-də 2 illik müqavilə bağlayıb. Bu keçid qarşılığında "Qarabağ"a 750 min avro (1,5 milyon manat) ödənilib.