"Ola bilər ki, epizoda çılğın reaksiya vermişəm, nəsə narazılıq bildirmişəm. Amma futbolçunu söyməmişəm”. Bu sözləri Fanat.Az-a açıqlamasında "Keşlə”nin qapıçılarla işləyən məşqçisi Cəmaləddin Əliyev deyib.
Topaz Premyer Liqasının dünən baş tutan "Keşlə” – "Qəbələ” (1:1) oyununun 32-ci dəqiqəsində meydan sahiblərinin səhv edən gənc futbolçusu Cabir Əmirlini təhqir etdiyi deyilən Əliyev söydüyünü boynuna almayıb: "Narazılıq bildirsəm də, heç kimi təhqir etməmişəm”.
Maraqlıdır ki, oyunu izləyən media mənsubları mütəxəssisin Əmirlini təhqir etdiyini hamılıqla eşidib.
Fanat.Az