"Real" Qaret Beyli satacaq. Fanat.Az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.
Həmkarlarımızın əldə etdiyi məlumata görə, "Real" Beyldən Məhəmməd Salahın transferində istifadə etmək istəyir. Belə ki, Madrid klubu uelsli futbolçunu sataraq "Liverpul"un Məhəmməd Salahı almaq niyyətindədi.
Qeyd edək ki, Salah ötən yay "Roma"dan "Liverpul"a 42 milyon avroya transfer olunub. 25 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 40 rəsmi oyunda 32 qol vurub və 11 məhsuldar ötürmə edib.
"Real"ın 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya aldığı Beyl isə cari mövsümdə 28 rəsmi matçda forma geyinib, 11 qol vurub və 7 məhsuldar ötürmə verib.
Fanat.Az