22:57 14.03.2018 1364

Samir Abasov: \"Qələbə olmasaydı, onlarla başqa cür danışardıq\"

"Kəpəz" sözün həqiqi mənasında məni təəccübləndirdi. Bu komandaya qarşı oynamaq çətindi". Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.

Ölkə çempionatının XX turunda "Kəpəz"i qəbul edən "gənclik şəhəri" təmsilçisi çətin qələbə qazanıb - 2:1.

Matçdan sonra keçirilən mətbuat konfransında Abasov qələbəni şərh edib:  "Kəpəz" öz oyununu tapdıqca, problem olacaq. Bizə gəldikdə, birinci hissəni Gəncədə oynadıq. İkinci hissədə isə ara məsafəsi 5 saat olsa da, tez qayıda bildik və Sumqayıtda oynadıq". 

- Bu qələbəni nəyin sayəsində əldə etdiniz?
- Futbolçulara minnətdaram ki, əllərindən gələni də, gəlməyəni də etdilər. Hazırda "Sumqayıt"da gözəl komanda ruhu yığılıb. Hesab 1:1 olduğu vaxt yanımdakı uşaqlar da deyirdilər ki, nə vaxt birini də vuracağıq? Məni də hərəkətə gətirmişdilər. Axır ki, vurduq. Paltardəyişmə otağında nələrin baş verdiyini görəsiniz. Görüləcək işlər qabaqdadı. Milliyə dəvət olunan futbolçular olacaq.  

- Milliyə hansı futbolçularınız dəvət alıb?
- Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə 21 yaşadək futbolçulardan ibarət yığmaya çağırılıb. Əsas millinin heyəti isə hələ açıqlanmayıb. Amma düşünürəm ki, ən azı Cavid İmamverdiyevi orada görəcəyik. 2-3 nəfər olsa, çox sevinərik. 

- Komandada psixoloji basqı yoxdu?
- Bura gələnədək klub prezidentinin otağında idim. Ona da dedim. "Biz rəqiblərə baxmırıq" deyənlər yalan danışır. İtən xallara da sevinmirik. Üzərimizdəki "hökmən udmalıyıq" yükü bizə problem yaradırdı. Qələbə olmasaydı, futbolçularla başqa cür danışardıq. 

- İkinci yer komanda üçün təzyiq olmayacaq?
- Təzyiq yox, məqsəd olacaq. 

- Rəşad Eyubov bütün duran toplara özü yaxınlaşır. Bu tapşırıq sizdəndi, yoxsa özü gedir?
- Elə tapşırıq yox idi. Sadəcə, dayaq yarımmüdafiəçisindən çox şey tələb edirik. Kim artıq nəsə edibsə, bu oyuna görə keçirik. (Apasport.az)

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

Facebookdan bizi izləməyi unutmayın.
X