İcarə əsasında "Rostov”un heyətində çıxış edən Ayaz Quliyev klubun mətbuat xidmətinə açıqlama verib.
Fanat.Az xəbər verir ki, əslən azərbaycanlı olan Quliyev "Rostov”a gəlməsindən danışıb:
"Birinci dövrənin sonunda başa düşdüm ki, getmək lazımdır. 90 faiz əmin idim ki, "Anji”ni tərk edəcəyəm. Çünki müntəzəm meydana çıxmırdım. Agentim "Rostov”dan təklif olduğunu dedi, dərhal razılaşdım.
Hələ "Spartak”da oynayarkən mənə deyirdilər ki, soyuqqanlı olmaq və vaxtında düzgün qərar vermək lazımdı”.
Xatırladaq ki, Qurban Qurbanovun maraq dairəsində olan Ayaz Quliyev mövsümü icarə əsasında "Anji”də başlamışdı və 11 oyunda meydana çıxmışdı.
Fanat.Az