Məşhur idmançı kameranın önündə sevgilisini döydü - VİDEO
Beyzbolçu Danri Vaskuezin sevgilisini döyməsinin görüntüləri yayılıb. Fanat.Az xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.
Danri Vaskuez məşqdən çıxdıqdan sonra pilləkənlərdə sevgilisini döyüb. Hadisə təhlükəsizlik kamerasının qarşısında baş verdiyi üçün lentin yaddaşına düşüb. Görüntülərdən görünür ki, idmançı qıza ardıcıl şillə və yumruq zərbələri endirir.
Görüntülər ortaya çıxdıqdan sonra klubu və polis idmançı ilə bağlı araşdırmalara başlayıb.