Futzal üzrə millimizin üzvü Fineo Araujonun yeni komandası müəyyənləşib.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, o, Çinin Super Liqasında çıxış edən "Zhuhai” klubu ilə anlaşıb.
Sözləşmənin müddəti mövsümün sonuna qədərdi.
Qeyd edək ki, Fineo buna qədər kareyrasını Yaponiyanın "Agleymina Hamamatsu” klubunda davam etdirib. O, ötən ilin dekabrında bu komandadan ayrılıb və son 3 ayda klubsuz idi.
Fanat.Az