Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev məşqçilik fəaliyyətinə başlayıb.
Fanat.Az xəbər verirki, əslən azərbaycanlı veteran yarımmüdafiəçi Ukraynanın həvəskarlar liqasında çıxış edən "Xmelniçki” klubunu çalışdıracaq. "Xmelnitski”nin həm də formasını geyinən oynayan baş məşqçi yeni vəzifədə ilk görüşünü aprelin 7-də keçirəcək. Bu barədə klubun saytı xəbər yayıb.
Qeyd edək ki, 33 yaşlı Aleksandr Əliyev Rusiyanın "Anji”, "Lokomotiv", Ukraynanın "Metallurq", "Dinamo" və "Dnepr" komandalarında çıxış edib. O, Ukrayna yığmasının heyətində 28 matçda meydana çıxıb, 6 qola imza atıb.
Fanat.Az