Zədəsi səbəbindən bu mövsüm kifayət qədər oynamayan Zlatan İbrahimoviç "Mançester Yunayted"dən rəsmən ayrılıb. Fanat.Az xəbər verir ki, bu barədə Mançester klubu rəsmi məlumat yayıb.
"Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə futbolçunun müqaviləsnin qarşılıqlı razılıq əsasında poulduğunu açıqlayıb və ona təşəkkür edib.
Zlatan özü də sosial media hesabından bir foto paylaşaraq "Super iki mövsümdən sonra "Mançester Yunayted"dən ayrılma zamanı gəlid. Karyeramın bu hissəsini mənimlə paylaşan hər kəsə təşəkkürlər" yazıb.
İddialara görə, 36 yaşlı ulduzun yeni klubu artıq tam olaraq dəqiqləşib. ABŞ-ın "Los Angeles Qalaksi" klubu ilə anlaşan Zlatan bu həftə rəsmi müqaviləyə imza atacaq.
Fanat.Az