Ötən gün "Mançester Yunayted"lə yollarını ayıran Zlatan İbrahimoviçin "Los Anceles Qalaksi"yə keçəcəyi iddia olunur. Fanat.Az xəbər verir ki, artıq isevçli ulduzun ABŞ klubundakı maaşı da açıqlanıb.
İddia olunur ki, İbrahimoviç okeanın o tərəfində illik cəmi 1,5 milyon avro maaş alacaq. Bu isə onun 19 milyon avro itirməsi deməkdi. Belə ki, futbolçu karyerasını "Mançester Yunayted"də davam etdirsəydi, bir il ərzində 20,5 milyon avro qazanacaqdı.
Fanat.Az