İspaniyanın həvəskarlar liqası klublarından "Mequinenza"nın formasını geyinən Françes Peralta yanvar ayında keçirilən bir oyunda rəqibi ilə toqquşaraq başından ağır zədə alıb.
Fanat.Az xəbər verir ki, xəstəxanaya yerləşdirilən futbolçu 3 dəfə beyin əməliyyatı keçirsə də, yanvar ayından komadan ayılmamışdı. Amma o, bu günlərdə bir möcüzə sayəsində özünə gəlib.
Belə ki, "Barselona" fanatı olmasına rəğmən, "Sevilya"nın marşına xüsusi sevgisi olan Peralta anasının bu marşı yanında səsləndirməsi nəticəsində gözlərini açıb.
Bu möcüzəvi hadisəyə biganə qalmayan "Sevilya" klubu rəsmi "Twitter" hesabından mesaj yayımlayaraq futbolçuya "keçmiş olsun" deyib: "Tam sağalan kimi marşımızı dinləmək üçün stadionumuza dəvətlisən".
Fanat.Az