"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Real"ın ulduzuna elçi düşüb. Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, kataloniyalı mütəxəssis İskonun transferini istəyib.
İddia olunur ki, artıq İngiltərə klubu rəsmi təkliflə qarşı tərəfə müraciət edib. "Mançester Siti"nin 25 yaşlı yarımmüdafiəçiyə 85 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, "Real" İskonu 2013-cü ildə "Malaqa"dan 30 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 75 milyon avro qiymət qoyduğu 25 yaşlı futbolçu cari mövsümdə 40 oyuna çıxaraq 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az