Çində dünyanın ən çox maaş alan futbolçusu olan, yanvarda vətəni Argentinaya dönərək "Boka Xuniors"la müqavilə imzalayan Karlos Tevez ilginc zədə alıb. Fanat.Az xəbər verir ki, ulduz futbolçu həbsxanadakı qardaşını ziyarət edərkən zədə alıb.
2010-cu ildə qarışdığı bir silahlı soyğun səbəbindən həbs edilən və 16 il azadlıqdan məhrum olunan qardaşı Xuan Albertonun ziyarətinə yollanan Tevez həbsxanada futbol oynayıb və zədələnib. O, bu səbəbdən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.Az