Dünən Dieqo Maradonanın qızı Dalmanın ad günü olub. Fanat.Az xəbər verir ki, argentinalı əfsanə qızının doğum günündə iştirak edə bilməyib.
Bu haqda şəxsi "Facebook" səhifəsində bildirən Maradona "Bu gün qızım Dalmanın ad günüdü. Onun yanında ola bilmədim. amm səbəbini bilir. Onunla danışdım və hər şeyin yolunda olduğunu dedim. Çox xoşbəxt olmasını diləyirəm. Qızıma Falkland Adaları qədər böyük bir öpüş göndərirəm" sözlərini yazıb.
Fanat.Az