"Barselona" "Sevilya"nın futbolçusu Kleman Lanqlenin xidmətində maraqlıdır.
Fanat.Az xəbər verir ki, bu barədə "Sport.es." məlumat yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi futbolçunun yay transfer pəncərəsi dövründə almağı planlaşdırır.
"Barselona" onu Samuel Yumtitiyə əvəzedici olaraq almağı düşünür. Belə ki, Samuellə yeni müqavilə barədə anlaşmaq mümkün olmayıb.
Qeyd edək ki, 22 yaşlı müdafiəçinin müqaviləsinin qiyməti 30 milyon avrodur.
Fanat.Az