Futzal üzrə UEFA kubokunun elit raundunun püşkü atılıb. Fanat.az xəbər verir ki, bu mərhələdə dörd qrupa bölünmüş 16 komanda gücünü sınayacaq.
Azərbaycan çempionu “Araz” D qrupunda mübarizə aparacaq. “Sportinq” (Portuqaliya), “Qyor” (Macarıstan) və “Eyndhoven” (Niderland) təmsilçimizin rəqibləridi. Oyunlar Portuqaliyada keçiriləcək.
Digər qrupların tərkibi isə belədi:
A qrupu: “Barselona” (İspaniya), “Xrudim” (Çexiya), “Tanqo Mureş” (Rumıniya), “Lokomotiv” (Ukrayna). Oyunlar Çexiyada keçiriləcək.
B qrupu: “Dinamo” (Rusiya), Litiya (Sloveniya), Slov-Matik (Slovakiya), Ekonomaç (Serbiya). Oyunlar Sloveniyada keçiriləcək.
C qrupu: Kayrat (Qazaxıstan), “VitEn” (Belarus), “Tanqo” (Bosniya və Herseqovina), “Tullar” (Qazaxstan). Oyunlar Qazaxıstanda keçiriləcək.
Xatırladaq ki, görüşlər 19-24 noyabr aralığında baş tutacaq.
Fanat.az