"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer edir. Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo Villianı komandasında görmək istəyir.
"Mançester Yunayted" braziliyalı forvardı ötən yay da transfer etmək istəmiş, amma bu baş tutmamışdı. "Qırmızı şeytanlar"ın 29 yaşlı futbolçu üçün "Çelsi"yə 35 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Villian 2013-cü ildə "Anji"dən "Çelsi"yə 35,5 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 32 milyon avro qiymət qoyduğu 29 yaşlı hücumçu cari mövsümdə meydana çıxdığı 47 rəsmi oyunda 13 qol vurub və 11 məhsuldar ötürmə edib.
Villian cari mövsümdə Çempionlar Liqasında "Qarabağ"a qarşı iki oyun keçirib və hər iki matçda 90 dəqiqə meydanda olub (6:0, 4:0). Bakıda baş tutan və "Çelsi"nin 4:0 hesablı qələbə qazandığı matçda braziliyalı iki qol vurub. İlk maçtda isə o, Pedroya birinci qolun ötürməsini vermişdi.
Fanat.Az