"Yuventus" "Liverpul"un futbolçusu Emre Canı heyətinə qatır. Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun İdarə Heyətinin rəhbəri Beppe Marotta açıqlama verib.
Klub rəsmisi bildirib ki, qış fasiləsində transferi son anda baş tutmayan futbolçunun keçidi tezliklə baş tutacaq: "Emre Can məsələsi yaxın 10 gün ərzində öz həllini tapacaq. O, əlbətdə qarşısındaı fürsətləri dəyərləndirəcək. Biz də ondan gələcək cavabı gözləyirik".
Qeyd edək ki, "Liverpul" Almaniya milisinin türk əsilli ulduzunu 2014-cü ildə "Bavariya"dan 12 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 28 milyon avro qiymət qoyduğu 24 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 37 rəsmi matçda 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az