İspaniya La Liqasının XXXI turunda Madrid derbisi baş tutub. Fanat.Az xəbər verir ki, "Real" "Santyaqo Bernabeu" stadionunda "Atletiko"nu qəbul edib.
Hesabı 53-cü dəqiqədə Kriştiano Ronaldo açıb. 4 dəqiqə sonra Antoine Qrizmann bərabərliyi təmin edib. Bundan sonra oyunda qol vurulmayıb -1:1.
Qeyd edək ki, "Atletiko" 31 turdan sonra 68 xalla 2-ci, "Real" 64 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Barselona"nın isə 79 xalı var.
Fanat.Az