"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"da rəhbərliyi altında oynamış Serxio Busketsi transfer etmək istəyir.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, İngiltərə klubu ispaniyalı yarımmüdafiəçinin transferi üçün 200 milyon avro büdcə ayırıb.
Qeyd edək ki, Buskets "Barselona"nın yetirməsidi. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 29 yaşlı yarımmüdafiəçi cari mövsümdə 42 rəsmi oyuna çıxaraq 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az