"Liverpul" sürpriz transferə imza atır.
Fanat.Az "L'Equipe"ə istinadən xəbər verir ki, "Mançester Yunatyed"lə müqaviləsi başa çatacaq Marouane Fellaini ilə anlaşıb.
Fransa qəzeti bildirir ki, "Liverpul" Mərakeş əssilli belçikalı futbolçu ilə 3 illik müqaviləni razılaşdırıb. Adı PSJ, "Monako" və "Beşiktaş"la yanaşı çəkilən Fellaini "Liverpul"a keçsə, bu "qırmızılar"ın 50 il sonra "Mançester Yunayted"dən etdiyi ilk transfer olacaq. "Liverpul" sonuncu dəfə 1964-cü ildə "qırmızı-şeytanlar"dan Pil Çisnallı transfer etmişdi.
Qeyd edək ki, Fellaini "Mançester Yunayted"ə 2013-cü ildə "Everton"dan 32,4 milyon avroya transfer olunub. 30 yaşlı yarımmüdafiəçi cari mövsümdə 19 rəsmi oyuna çıxaraq 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Fanat.Az