"Mançester Siti" və "Mançester Yunayted" eyni futbolçunu transfer etmək uğrunda mübarizə aparır.
Fanat.Az "Daily Mirror"a istinadən xəbər verir ki, Mançester nəhəngləri transferi bu yay həyata keçirmək üçün fəaliyyətə başlayıb.
"Mançester Siti"nin braziliyalı üçün "Şaxtyor"a 50 milyon funt-sterlinq təklif etdiyi bildirilir. "Mançester Yunayted"in Ukrayna klubuna hansı təkliflə müraciət edəcəyi bilinmir.
Qeyd edək ki, Fred 2013-cü ildə Braziliyanın "İnternasional" klubundan "Şaxtyor"a 15 milyon avroya transfer olunub. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 31 rəsmi oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az