Bu gün Avropa Liqasının 1/4 final mərhələsində cavab oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, 4 matçın hamısı eyni vaxtda start götürəcək.
Bu mərhələyə qədər irəliləməyi bacaran yeganə Rusiya təmsilçisi ÇSKA yoluna davam etmək üçün möcüzə gerçəkləşdirməlidi. Londonda rəqibi üzərində böyükhesablı qələbə qazanan "Arsenal”ın bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.
Turnirin sürpriz komandası "Zalsburq” İtaliya təmsilçisi "Latsio”nu doğma azarkeşləri önündə qəbul edəcək. Avstriyalılar 2 cavabsız qol vuracaqları təqdirdə, yeni tarix yazacaqlar. Bu mənada turnirin qalibi olmağı hədəfləyən romalıların işi asan olmayacaq.
Avropa Liqasının bir nömrəli favoriti hesab edilən "Atletiko” Portuqaliyada "Sportinq”lə üz-üzə gələcək. Çempionlar Liqasında uğursuzluğa düçar olan İspaniya nəhəngi bunu Avroliqadakı zəfərlə unutdurmaq əzmindədi.
Ən böyük maraq doğuran qarşılaşma Fransada baş tutacaq. Belə ki, "Marsel” "Leyptsiq”i sınağa çəkəcək. Evdəki minimalhesablı qalibiyyət almanlara kiçik də olsa, üstünlük verir.
Avropa Liqası
1/4 final
Cavab oyunları
12 aprel
23.05 ÇKSA (Rusiya) - Arsenal (İngiltərə)
Baş hakim: Feliks Zvayer (Almaniya).
İlk oyun - 1:4.
Moskva. "ÇSKA Arena".
23.05 Zalsburq (Avstriya) - Latsio (İtaliya)
Baş hakim: Damir Skomina (Sloveniya).
İlk oyun - 2:4.
Zalsburq. Şəhər stadionu.
23.05 Sportinq (Portuqaliya) - Atletiko (İspaniya)
Baş hakim: Milorad Maziç (Serbiya).
İlk oyun - 0:2.
Lissabon. "Joze Alvalade” stadionu.
23.05 Marsel (Fransa) - Leypsiq (Almaniya)
Baş hakim: Byörn Kuypers (Hollandiya).
İlk oyun - 0:1.
Marsel. "Velodrom” stadionu.
Fanat.Az