"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın transfer planı üzə çıxıb. Fanat.Az xəbər verir ki, mütəxəssisin komandasında görmək istədiyi futbolçuların adları açıqlanıb.
İddialara görə, Qvardiola Dortmund "Borussiya"sından Yulian Vayql, "Şaxtyor"dan Fred, "Napoli"dən Jorjinyo və "Nitsa"dan Jan-Mişel Serini istəyir. Bu futbolçuların hər birinin transfer qiyməti ən azı 40 milyon funt-sterlinqdi.
"Mançester Siti"nin baş məşqçisi "Monako"dan Toma Lemarı da istəyir. İngilislər bu futbolçu üçün ən azı 90 milyon avro ödəməlidi.
Bu 5 futbolçunun transferi baş tutsa, "Mançester Siti" 250 milyon funt-sterlinq (təxminən 286 milyon avro) xərcləməli olacaq.
Fanat.Az