Bu mövsüm Kriştiano Ronaldo, Kərim Benzema və Qaret Beyldən ibarət hücum xətti tənqid edilən "Real" ön xəttə yeni transferlər etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "Kral Klubu" "İnter"dən Mauro İkardini transfer edə bilər. Bu barədə klubun əfsanəvi futbolçularından olan Luiş Fiqo "Sky Sport"a açıqlamasında bildirib. Onun sözlərinə görə, argentinalı ulduz "Real"a transfer olunmağa hazırdı.
Qeyd edək ki, bir müddət əvvəl yayılan xəbərlərdə Kriştiano Ronaldonun İkardini komandada görmək istəmədiyi və bu fikrini rəhbərliyin nəzərinə çatdırdığı bildirilirdi.
Onu da qeyd edək ki, İkardi 2013-cü ildə "Sampdoriya"dan "İnter"ə 13 milyon avroya transfer olunmuşdu. Hazırda "Transfermarkt" 25 yaşlı forvarda 75 milyon avro qiymət qoyub. Argentinalı cari mövsümdə forma geyindiyi 31 rəsmi matçda 25 qol vurub.
Fanat.Az