Mövsümün sonunda "Arsenal"dan ayrılacağını açıqlayan Arsen Venger məşqçi karyerasını bitirməyəcək.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, fransız mütəxəssis ya milli komandalardan birinin başına keçəcək, ya da daha iddialı klub çalışdıracaq.
Vegerin baş məşqçisi ola biləcəyi klublardan biri PSJ-di. Çempionlar Liqasında gözlənilən nəticələrə imza atmayan Paris klubunun Unay Emeri ilə yollarını ayıracağı bildirilir. Fransa mediası PSJ-nin Tomas Tuçellə anlaşdığını iddia etsə də, Venger sürprizinə imza ata bilər.
Komandanın hazırkı baş məşqçisi Unay Emeri də Vengerin PSJ-ni çalışdıra biləcəyini deyir: "O, bütün futbol dünyası və məşqçilər üçün təcrübə mənbəyidi. Şəxsiyyətinə və məşqçi bacarığına həmişə heyran olmuşam. PSJ kimi dünyanın ən yaxşı komandalarından birini çalışdırmaq üçün yetərincə təcrübə və istedada sahibdi".
Fanat.Az