Çempionlar Liqasının yarımfinalında "Liverpul" "Roma"nı 5:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra ingilislərin baş məşqçisi Yurgen Klopp oyun haqda fikirlərini səsləndirib.
"80 dəqiqə mükəmməl oynadıq. Sonra müdafiədə etdiyimiz səhvlə qol buraxdıq. Yanlış penalti qərarı ilə rəqib daha bir qol vurdu. Orada penalti yox idi. Əlbəttə, 5:0 bitsəydi, daha xoşbəxt olardıq. Ancaq 5:2 də əla nəticədir. Bu hesab gözlədiyimdən daha yaxşıdır. Romada yenə qələbə qazanmağa çalışacağıq".
Klopp görüşün qəhrəmanlarından olan misirli hücumçu Məhəmməd Salah haqda da danışıb: "Salah dünya səviyyəsində futbolçudur. O, dünyanın ən güclü olması üçün bu formada uzun müddət oynamalıdır. Salahın hər iki qolu gözəl idi. O, əla formadadır. Çox şadıq ki, belə bir oyunçumuz var".
Fanat.Az