Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutacaq.
Erkən final sayılan "Arsenal” – "Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdıracaq. Bu görüşü fransalı Klemen Turpin idarə edəcək.
Şotlandiyalı Viliam Kallumun fit çalacağı Fransa "Marsel”i turnirin sürpriz komandası "Zalsburq”la üz-üzə gələdək.
Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
Avropa Liqası
Yarımfinal
İlk oyunlar
26 aprel
23.05 Arsenal (İngiltərə) - Atletiko (İspaniya)
Baş hakim: Klemen Turpin (Fransa).
London. "Arsenal” stadionu.
23.05 Marsel (Fransa) - Zalsburq (Avstriya)
Baş hakim: Villiam Kollum (Şotlandiya).
Marsel. "Velodrom” stadionu.
Fanat.Az