"Barselona" "Çelsi"nin futbolçusu Markos Alonsonu transfer siyahısına salıb.
Fanat.Az goal.com-a istinadən xəbər verir ki, Cerard Pikeyə varis axtaran Kataloniya klubu müdafiəçini yayda heyətinə qatmaq istəyir.
"Çelsi"yə transfer olunana qədər "Fiorentina"da stoper mövqeyində oynayan Alonsonu hazırda Antonio Konte sol canah müdafiəçisi kimi oynadır. Amma "Barselona" onu mərkəz müdafiəçisi mövqeyində oynatmağı planlaşdırır.
Qeyd edək ki, "Çelsi"nin 2016-cı ildə "Fiorentina"dan 23 milyon avroya aldığı futbolçu cari mövsümdə meydana çıxdığı 43 rəsmi oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az