Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, "Arsenal" ötən gün "Atletiko"nu qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Atletiko"dan Sime Vrsalo 10-cu dəqiqədə qırmızı vərəqə alıb. Hesabı 61-ci dəqiqədə meydan sahiblərindən Aleksandre Lakazette açıb. Qonaqlar buna 82-ci dəqiqədə Antoine Qrizmannın qolu ilə cavab verib.
Fanat.Az