PSJ-nin baş məşqçisi Unay Emeri mövsümün sonunda komandadan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə ispan mütəxəssis keçirdiyi mətbuat konfransında məlumat verib.
O, klub rəhbərliyinə, azarkeşlərə və bütün futbolçulara təşəkkürünü bildirib.
Qeyd edək ki, Unay Emeri PSJ-yə 2016-cı ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında paytaxt komandası cari mövsüm Fransa çempionluğu, habelə ölkə Kuboku və Liqa Kuboku, 2 dəfə ölkə Super Kubokunu qazanıb.
Fanat.Az