Andres İnyesta mövsümün sonunda "Barselona"dan ayrıalacaq.
Fanat.Az xəbər verir ki, 34 yaşlı kapitan bu barədə mətbuat konfrasında məlumat verib.
"Mən "Barselona"dan ayrılacağımı rəsmi şəkildə elan etmək istəyirəm. Bu, komandada son mövsümümdü. Uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdim" deyə İnyesta bildirib.
Göz yaşlarını saxlaya bilməyən futbolçu bu qərarı qəbul etməyin çətin olduğunu bildirib: "Mənim üçün çətin gündü. Bütün həyatımı keçirdiyim "Barselona"ya vida edirəm. Bu klub mənə hər şeyi verdi və mənim üçün hər zaman dünyanın ən yaxşısı olaraq qalacaq. Heç vaxt "Barselona"ya qarşı oynamayacağımı demişdim. Bu səbəbdən yeni klubum Avropada olmayacaq".
Qeyd edək ki, İnyesta "Barselona" yetirməsidi. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 İspaniya çempionu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 UEFA Superkubokunun qalibi olub. İnyestanın Çinə transfer olunacağı gözlənilir.
Fanat.Az