Dünən İstanbul derbisində "Qalatasaray"a 0:2 hesabı ilə yenilən "Beşiktaş" ciddi itkilərlə üzləşib.
Fanat.Az xəbər verir ki, "Qara Qartallar" iki aparıcı futbolçunun xidmətindən məhrum olub.
Matçın gedişində zədə alaraq əvəzlənən Pepenin ən azı iki həftə yaşhıl meydanlardan kənarda qalacağı məlum olub. Son turda da risk edib oynadılmayacaq portuqaliyalı futbolçu üçün mövsüm erkən bitib.
"Qalatasaray"la matçda zədələnən digər futbolçu Alvaro Neqredo üçün də mövsüm artıq başa çatıb.
Fanat.Az