Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib. Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab qarşılaşması keçirilib.
"Real” "Santyaqo Bernabeu"da "Bavariya”nı qəbul edib. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real” ardıcıl 3-cü dəfə finala adlamağa nail olub.
Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. Nəticədə "Real” finala adlayıb və ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qalibi olmaq şansını davam etdirib.
Çempionlar Liqası
Yarımfinal
Cavab oyunları
1 mayp
Real (İspaniya) - Bavariya (Almaniya) 2:2
Qollar: Kərim Benzema, 11; 46 - Coşua Kimmix, 3. Xames Rodriges, 63.
Baş hakim: Cüneyt Çakır (Türkiyə).
İlk oyun - 2:1.
Madrid. "Santyaqo Bernabeu” stadionu.
Fanat.Az