"Traktorsazi" ilə 11 oyunluq anlaşmışdım və orda 3 ay keçirdim. Mən gedəndə komanda yaxşı vəziyyətdə deyildi. Güclülər dəstəsini tərk etmək ehtimalı var idi. Bizdən əvvəl iki dönəm transfer yasağı olmuşdu. Hədəfimiz komandanı dirçəltmək, güclülər dəstəsində saxlamaq idi. Çox çətin dönəmdən keçdik və vəzifəmizin öhdəsindən gəldik. Komanda çempionatda qaldı, bizim də müqaviləmizin vaxtı bitdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Traktorsazi"nin baş məşqçisi Ərtoğrul Sağlam deyib. Mütəxəssis Türkiyə mediasına müsahibəsində Təbriz klubundakı fəaliyyətindən danışıb.
"Traktosazi"də rəhbərlik dəyişikliyi oldu. Keçmiş prezident də, yeni prezident də bizimlə işləmək istədiklərini bildirdilər. Azarkeşlər də sağ olsun, bizə böyük inamları var idi. Çox gözəl və önəmli bir komandadı. Hazırda rəhbərlik klubla bağlı önəmli bir qərar ərəfəsindədi. Klubun satılması nəzərdə tutulub. Bu səbəbdən qeyri-müəyyənlikdi. Türkiyəyə qayıtmışam. Amma çempionluğa iddialı bir komanda qurmaq istəsələr, orda qalaram. Transfer yasağı da başa çatıb. 15 gün ərzində hər şey dəqiqləşəcək. Səmimi deyirəm, yüksək potensialı olan komandadı".
Fanat.Az