18:35 03.05.2018 3424

Elxan Məmmədov, ad çəkmirəm! - YAZI

"Adı lazım deyil baş hərfi mən” desəm, yaxın keçmiş yadınıza düşər.

 

Yox, musiqi haqqında heç nə yazmayacam. Sadəcə, Elxan Məmmədovun son zamanlar musiqili açıqlamalarının, yerlərdən gələn züy səslərinin nə qədər xaric səsləndiyini qabartmaq istəyirəm. Cənablar, həmkarlar! Əvvəla baş katibin müsahibəsindən sitat gətirim:


- "Xəzər”in Qubanı təmsil etməsi və Premyer Liqaya yüksələcək 10-cu komandanın kimliyi məsələsi nə yerdədi?

- Bu məsələ futbol ictimaiyyətinin (!) gündəmindədi.Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. UEFA-nın bununla bağlı sərt qərarları var. Bu qərarları da AFFA-nın sisteminə daxil etdik. 10 klub (!) tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. I Divizion əslində gələcəyi göstərir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, o zaman biz risk edə bilmərik. Keçmiş təcrübə göstərir ki, bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi. Lakin elə də müsbət təsir vermədi. Mövsümün gedişində bəziləri fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün ən vacibdi. Digər tərəfdən, maliyyə şəffaflığı təmin olunmalıdı. Üçüncüsü isə idman meyarıdı. İnfrastrukturla bağlı həmişə bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında stadionlar mövcuddu və həmin klubları təmin edə bilərik”

 

Baş katibin ilk cümlədəcə işlətdiyi "futbol ictimaiyyəti” ümumi işarə olsa da, konkret sətiraltı ünvanın olduğunu isbatlayım. Elxan bəyi narahat edən, günlərdir idman mətbuatının gündəmindən düşməyən "Xəzər”in uğurlu çıxışının geniş işıqlandırılmasıdı. Narahat olma səbəbininsə çox sadə cavabı var – UĞUR! Baş katibin kurasiyası olmayan bütün yerlərdə uğurlara qısqanclıqla yanaşması hər kəsə məlumdu. Misal çəkməyə ciddi ehtiyac olmasa belə, bir-ikisini deyim:

 

* Qurban Qurbanovun milliyə baş məşqçi təyinatının illərlə kecikmə səbəbi – Elxan Məmmədov.

 

* "Neftçi”nin Avropa Liqasında tarix yazmasının ardınca uğusuzluqlara düçar edən, klubun idaretmə sistemini dəyişərək müşahidəxanaya çevirən, ən köklü klubumuzun vayına oturan – Elxan Məmmədov.

 

Çox saymaq olar, amma mövzu bu deyil. Uğurun qarşısını almağa cəhd AFFA-ya yaxın mətbuatda da sezilir. Gedən yazıları və baş katibin açıqlamalarını diqqətlə oxusanız, bir beyinin məhsulu olduğuna inanarsınız. Xüsusilə, "Xəzər”in Qubanı təmsil edəcəyi ilə bağlı müzakirələr Elxan bəyə şah elan olunması deməkdi. Məmmədovun düşdüyü durumdan çıxış yolu var: əlində yeganə "rıçaq” kimi qalan lisenziyalaşdırma!

 

Bəyimiz son gedişi ilə qala qurmağa çalışır. Bu gedişə isə mətbuatdakı çoxluq mane olur. Bəli, Məmmədov "futbol ictimaiyyəti” adı altında konkret idman mətbuatına cavab göndərib.

 

Keçək digər fikirə... Bəyimiz "10 klub bütün sənədləri verdi” söyləyib. Burda da paradoks var. Bütün sənədlər verilibsə, problem nədi? Deyirsiz ki, bəzi klublar sənədləşməni maksimum yerinə yetirməyə çalışdı. Qalanları heç olmasa, minumumu yerinə yetirib? Görünən odu ki, Məmmədov məyusluq hissi ilə birbaşa növbəti cümləsini I Divizionla bağlı qurub. Başa düşülür ki, 10 klubun 8-i indiki Premyer Liqa klublarıdı. Qalan 2-si "Xəzər” və bildiyimə görə "Şüvəlan”dı. Sonuncunun əvəzinə "Sabah” da ola bilər. Bu önəmli deyil. Önəmli olan baş katibin fikirlərindəki yalnışlıqlardı. 10 il bir komanda I Divizionda oynasa belə, onun Premyer Liqaya gəlməsi üçün lisenziyalaşma təcrübəsi olmur. Axı bu klublar ilk dəfə "yuxarı qalxırsa”, necə "Qarabağ” kimi sənədlərinin hamısını dəqiqliklə verə bilər? Təbii, səhvlər də olacaq, çatışmazlıqlar da.

 

Canım mənim, sizin hər işiniz qaydasındadı? İnsanlar işləyə-işləyə öyrənir, görə-görə təcrübə qazanır. Deyirsiz, o klubların adını çəkmək qeyri-etikdi. Açıqlayın, biz də bilək? Klubun adını çəkmək niyə qeyri-etik olsun axı? Mən deyim etikadan kənar nədi: aldatmaq, yalan danışmaq və s... Məsələn, Elxan bəy qeyd edir ki, UEFA-nın sərt qərarları var. Yaxşı, UEFA-nın hansı qaydasınımı deyim, qərarınımı deyim, tövsiyəsinimi deyim ki, orda federasiyanın kluba maaliyyə ayırmasına icazə verilir. Varmı belə bir icazə? Cənab Məmmədov, içi əlinizdə olan mətbuat qarışıq hamı bunu deyir və yazır ki, "Kəpəz”i AFFA maaliyyələşdirir. UEFA bilir bunu? UEFA icazə verirmi ki, assosiasiya rəsmisi klubun idarəsində birbaşa iştirak etsin və "otkat” alsın? Sizcə, bu hansı etik qaydalara sığır? Klubları qeyri-peşəkarlıqda qınayırsız. Bəs yuxarıda qeyd etdiyim maxinasiyaların başında duran nə qədər peşəkardı? O vaxt sizə inanardım ki, maliyyə yeyintisinə görə hüquq-mühafizə orqanlarına müraciət edib səbəbkarların cəzalanmasına nail olardız. Pardon, əgər sizin əliniz orda yox idisə. Sizcə bunlar qeyri-etik deyilmi?

 

Sadalananlara baxmayaraq, hələ də futbolumuzun, futbol idarəçiliyimizin düzələcəyinə inamım var. O inam Qurban Qurbanova, Rəşad Sadıqova görə üzülməyib.

 

Əvvəllər AFFA İcraiyyə Komitəsində belə desək, futbolun içindən çıxan adamların ağzına su alıb otururdu. Verilən qərarların nə qədər qeyri-peşəkar olduğu vaxtları hamımız görmüşük. Qurbanov da görüb. İndi Elxan Məmmədovun israrla İcraiyyə Komitəsinə işarə etməsi yəqin, o vaxtlardan qalma refleksdi. Çünki, istədiyi qərarı qəbul etdirə bilirdi. İndi zaman başqadı, atam balası. Qurbanovu UEFA nağılları, lisenziyalaşma zümzümələri ilə aldada bilməzsiniz. Qurbanovun ədalətinə inanıram və məni kimi milyonlarla vətəndaş da eyni fikirdədi. Əgər Qurban Qurbanov İcraiyyə Komitəsinin üzvü kimi deyəcəksə ki, Premyer Liqanı "Xəzər” yox, "Şüvəlan” yox, "Kəpəz” haqq edir, AMİN deyirəm. Ən azından əsaslandırmağa səbəbi olacaq. Mən inanacam. Çünki İcraiyyə Komitəsində bizi - xalqı bir nəfər təmsil edir. Amin, Qurban müəllim!

 

Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 May 2025
11:20

“Qarabağ” ÇL-də mübarizəyə ikinci mərhələdən başlayacaq

11:02

ÇL: Yarımfinalın ən yaxşısı adına namizədlər açıqlandı

10:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:26

KL: "Çelsi" "Yurqorden"ə, "Fiorentina" "Betis"ə qarşı - YENİLƏNİR

10:07

ABL: "Neftçi" ilə "Sabah" yenidən üz-üzə

09:48

PSJ "Arsenal"ı belə çökdürdü - VİDEO

09:25

"Barselona"nın prezidenti ÇL-dən qovulmalarında günahkar olanların kimliyini açıqladı

09:00

Avropa Liqasında finalçılar müəyyənləşir - YENİLƏNİR

01:35

"Çoxları bizə inanmırdı" - Əşrəf Hakimi

00:56

ÇL: "İnter"in finaldakı rəqibi PSJ oldu

07 May 2025
23:40

Azərbaycan güləşçilərindən Türkiyədə daha 2 medal

23:24

Almaniya millisinin məşqçisinə 3 klub elçi düşdü

22:51

"Tottenhem"in lideri üçün mövsüm erkən bitdi

22:10

ABL: Final seriyasında növbəti oyunların təqvimi müəyyənləşdi

21:39

"Fiorentina" baş məşqçisi ilə müqavilə yenilədi - RƏSMİ

21:05

"Böyük Dəbilqə": Azərbaycanı Astanada 3 cüdoçu ilə təmsil olunacaq

20:43

İkinci Liqa: Meydan sahiblərindən yalnız "Şimal" sevindi

20:16

"Barselona" heç 1999/2000 mövsümündə də bu vəziyyətə düşməmişdi - Antirekord

19:40

"Çoxları 2:3 hesabı ilə geri düşəndən sonra təslim olardı..." - Zommer Yamalın zərbəsini unutmayacaq

19:13

Bakıda yeniyetmə boksçuların beynəlxalq təlim-məşq toplanışı keçirilir

18:46

Martines həmyerlisi Kresponun rekordunu təkrarladı

18:22

"PSJ-ni finala bir qarış daha yaxın olan komanda sayıram" - Aslan Kərimov

17:42

Ümit Karan şərti azadlığa buraxıldı

17:29

"Şamaxı"nın neçə futbolçusu "Sabah"la səfər matçını buraxacaq? - AÇIQLAMA

17:11

"Bu, biabırçılıqdır" - "Barselona"nın müdafiəçisi

17:05

FHN-in komandası Heydər Əliyevin doğum gününə həsr edilmiş yarışın qalibi oldu - FOTO

16:53

"Sabah" "Şamaxı" ilə oyuna ciddi itkilərlə çıxacaq - AÇIQLAMA

16:34

Pedri polşalı hakimdən şikayətləndi: "Bu, ilk dəfə deyil"

16:17

Azərbaycan paraüzgüçüsü şəxsi rekordunu yenilədi

15:59

Simone İnzaqi 8-ci italiyalı ola bilər - Rokko, Trapattoni, Sakki...

15:41

"Bunu yenidən edəcəyimizə ümidliyik" - "İnter"in qələbə qolunun müəllifi

15:23

Final oyununun hakimi bilindi

15:05

"Boksçuları sanki robot kimi görürlər" - VİDEO

14:46

"Pley-offda oynamaq şansı yaranıbsa..." - Vüqar Nadirov

14:28

"Atletik"in ulduzu "Mançester Yunayted"ə qarşı oynamayacaq - RƏSMİ

14:09

Azərbaycan millisi Avropa Kubokuna Türkiyədə hazırlaşır

13:51

Martines "İnter"in futbolçusuna tüpürdüyünü etiraf etdi: "O, düz qulağıma qışqırdı"

13:33

ÇL-də tarixi rekord təkrarlandı

13:15

"Real Madrid"in Ançelottinin gedişini elan edəcəyi tarix bilindi - SON DURUM

12:57

Xankəndi stadionu yenidən qurulur - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X