15:01 05.05.2018 1543

Kimdir günahkar? - YAZI

Səfa çəkənlərin hələ çox cəfasını görəcəyik Azərbaycan futbolunda. Cəfa çəkənlərdən biri də Samir Abasovdu. Axşam gözlərini "Sumqayıt”ın, səhəri "Neftçi”nin yatağında açan Kamran Quliyevin xəyanət yükü müxtəlif yollarla Abasovun çiyinlərinə yüklənir.

Samir tək çabalayır bu yükün altında. Əslində "kimyaçılar”ın baş məşqçisi Quliyevin xəyanətini bağışlaya bilmir və vaxtında sərt açıqlaması ilə bunu dilə gətirmişdi.

Abasov öz dəsti-xəti ilə futbolumuzda sayılıb-seçilən məşqçilərdəndi. Xarakteri də öz yerində. Samir düz ya da səhv, öz sözünü deyənlərdən olub. Tərs olub, amma öz fikrini deyib. Neçə belə məşqçimiz var? Bu da həqiqətdi ki, onun kimi məşqçilər işsiz qalmaz. "Sumqayıt”dan gedəndən sonra ya "Zirə” olsun, ya "Qəbələ”, ya da "Keşlə”, fərq etməz. Adam işini bilən və sona qədər prinsipialığını saxlayan simadı.

"Sumqayıt” eniş yaşayıbsa, uğursuzluqların arxasında maraq axtarmaq ancaq kamranların xəyanətinə pərdə çəkməkdi. Ən acınacaqlısı isə bunu Abasovun marağı kimi qabartmaqdı. Hansı məşqçi istəməz ki, ayrılacağı yerdə ad qoyub getsin? Təəssüf  belə absurd kampaniya aparılır ona qarşı.

Əslində analoqu olmayan gedişlə Sumqayıt təmsilçisini aşağılayan Elxan Məmmədov dünya futbolu tarixində ilkə imza atdı. Bəli, Sumqayıt futboluna xəyanəti birinci AFFA-nın baş katibi etdi. İkinci də "ağa”sına sadiq Kamran Quliyev. Məmmədovun oyunu "Neftçi”nin ağ-qaraları üzərinda piyadanı vəzirə çevirdi. Hə, Kamran Quliyevin "flaqman"ın ağuşuna çoxdan can atdığı hamıya bəllidi. Daha öncə Tahir Süleymanovun istefasından sonra sözügedən postun bir addımlığında idi. Lakin, Sadıq Sadıqovun qəti şəkildə "yox” deməsi Quliyevin arzusunu gözündə qoymuşdu. Düzdü, Elxan bəy "Sumqayıt”ı əlindən buraxmır, amma Samir baş verənləri həzm edə bilmir və aqibətini də görür.

"Kəpəz”lə heç-heçədən sonra mətbuata "bu il sona qədər mübarizə aparmaq alınımıza yazılıb” deyib. Nə demək istədiyi, hara işarə vurması göz qabağındadı. Çempionatın ən vacib turlarından Abasov komandası ilə tək qalıb meydanda və təkbaşına mübarizə aparır. Elxan Məmmədovun sumqayıtlıların kürəyinə vurduğu bıçağı, Kamran Quliyevin bir gecəyə yataq dəyişməsini unudub, Samir Abasovu xəyanətdə suçlamaq olarmı? 

Əli Sahib
Fanat.Az

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X