Avrokubokların III təsnifat mərhələsinin cavab görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənb.
Fanat.Az-ın məlumatına görə, "Qarabağ"ın Konfrans Liqasında Kipr AEL-i üzərində qələbə qazanmasına və 0,250 əmsal qazannmasına baxmayaraq, Azərbaycanın sıralamadakı mövqeyi dəyişməz qalıb.
Son 5 tsiklin nəticəsinə əsasən, 30-cu olan ölkəmizin aktivində 14,125 əmsal var. Bunun 1,500-ü cari mövsümdə əldə edilib. "Qarabağ” daha çox – 0,750, "Neftçi” 0,625, "Sumqayıt” isə 0,125 xal əldə edib.
Polşadan 0,125 xal geridə olan ölkəmiz Slovakiyanı eyni fərqlə qabaqlayır. Hər üç ölkənin iki təmsilçisi mübarizəni davam etdirir.
Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir – 87,926 xal.
Mirağa