"Liverpul" "Barselona"nın futbolçusu Osman Dembeleni transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp məlumat verib. Mütəxəssis bildirib ki, futbolçunun transfer hüququnu almaq və ya icarəyə götürmək istəyirlər.
Qeyd edək ki, "Barselona" Dembeleni ötən yay Dortmund "Borussiya"sından 160 milyon avroya alıb. Cari mövsümdə keçirdiyi 21 rəsmi oyunda 2 qol vurub, 8 məhsuldar ötürmə edən 20 yaşlı hücumçu uzun müddətdi zədə səbəbindən oynamır.
Fanat.Az