"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mirror" qəzeti məlumat yayıb.
Qəzetin iddiasına görə, London klubunun "Napoli"nin baş məşqçisi Maurizio Sarri çalışdıracaq. O, bu postda həmyerlisi Antonio Konteni əvəzləyəcək.
Qeyd edək ki, Maurizio Sarri 2015-ci ildən "Napoli"ni çalışdırır.
Fanat.Az