17:37 08.05.2018 2773

İspaniyada futbol klubu yaradan lənkəranlı qadın: “Bu, insana qürur verir…" - FOTOLAR

Xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən həmvətənlərimiz yaşayır.

Fanat.Az xəbər verir ki, minval.info İspaniyanın "Baku Hellin Deportivo” futbol klubunun prezidenti Gülnarə Xanbabayeva barədə yazı hazırlayıb. O, Lənkəran şəhərində doğulub və gənc yaşlarında Rusiyaya köçüb. Orada xeyli yaşayan G.Xanbabayeva artıq 10 ildən çoxdur ki, İspaniyaya yollanıb. Futbolla maraqlanmadığını deyən klub prezidenti təsadüf nəticəsində bu sahəyə gəldiyini deyib. İş qadını İspaniyada "Baku de Valensiya” və "Ellin Deportivo” klublarının bazası əsasında yeni komanda – "Baku Hellin Deportivo” klubunu formalaşdırıb. Klubun emblemi də üçrəngli bayrağımızı simvolizə edir.

Komanda İspaniyanın üçüncü divizionunda mübarizə aparır. Gülnarə xanım klub haqqında danışarkən deyib ki, futbolçuları hər dəfə oyuna başlamazdan öncə bir yerə toplaşaraq yüksək sədayla "Baku” söyləyirlər: "Onların səsi bütün stadionu bürüyür. Oyunlar zamanı stadionda Azərbaycan bayrağının dalğalanması insana qürur verir”.

"İspanlar klubumuzun adında "Bakı” sözünü görəndə, elə bilirdilər Valensiya şəhərinin bir məhəlləsidir. Ancaq biz orada Bakını, Azərbaycanı tanıtdıra bilirik. Mübarizə apardığımız divizionun lideri "Toledo” klubunun 1 milyon 200 min avro büdcəsi var. Bizdə isə illik xərc 400 min avro təşkil edir. Əgər II diviziona çıxsaq, bizə maraq, sponsorlar çoxalacaq və onda büdcəmiz 3 milyona yaxın olacaq. Ev oyunlarımıza 2000-2500 azarkeş gəlir” – Xanbabayeva açıqlamalarından birində deyib.

Gülnarə xanım müsahibələrində”Atletiko”, "Real”, "Barselona” kimi klublarla yaxşı əlaqələrinin olduğunu deyib.

O, həmçinin çıxışlarından birində söyləyib ki, azərbaycanlı futbolçuları bu klublara yerləşdirməyə hazırdır: "Mən azərbaycanlıları böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Ancaq həmin futbolçunun istedadı olmalıdır. Komandamızın qapıçısı ayda 300 avro alır ki, bu da bizdə ən yüksək ödənişdir. Əgər azərbaycanlı futbolçu vətənində ayda 10-15 min manat qazanırsa, mən onu İspaniyaya necə aparım?”.

Gülnara Xanbabayeva İspaniyada qalmaqalla da gündəmə gəlib. Onun futbolçularına "Santa Ana” stadionunda məşq etməyə icazə verilmədiyi üçün şəhər meriyasına üz tutub. Xanbabayeva baş verənlərə kəskin reaksiya verib, hətta problemin həll olunmayacağı təqdirdə istefa edəcəyini bildirib.

Gülnarə xanım müsahiblərində "Bakı” futbol klubunun İspaniyada çıxış etməsinin həm də diaspora fəaliyyətinin genişlənməsinə, Azərbaycanın adının tanıdılmasına şərait yaratdığını deyib.
 



Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:31

MPL: "Zirə" "Sabah"ı, "Turan Tovuz" "Sumqayıt"ı yenir, Şamaxıda qol yoxdur - YENİLƏNİR

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X