İspaniya mətbuatı Neymarla bağlı yeni iddia ilə çıxış edib.
Fanat.Az xəbər verir ki, AS qəzeti "Real"ın braziliyalı ulduzun transferi ilə bağlı rəsmi danışıqlara başladığını iddia edib.
İddialara görə, artıq tərəflər arasında iki görüş baş tutub. PSJ-nin Neymar üçün 260 milyon avro tələb etdiyi bildirilir. "Real"ın prezidenti Florentino Peresin nəyin bahasına olursa-olsun, bu keçidi yayda bitirmək niyyətindədi.
Fanat.Az