İtaliya Kubokunun qalibi müəyyənləşib. Fanat.Az xəbər verir ki, final görüşündə "Yuventus" və "Milan" üz-üzə gəliblər.
"Stadio Olimpiko"nun ev sahibliyi etdiyi qarşılaşmada "qoca sinyora" rəqibinə heç bir şans verməyib. Belə ki, "Milan"ın qapısından 20 dəqiqədə 4 cavabsız top keçirən Turin təmsilçisi 71-ci ölkə kubokunun finalını ardıcıl 4-cü, ümumilikdə isə 13-cü dəfə qazanıb.
"Yuventus"un heyətində Mehdi Benatia (56-64-cü dəqiqələr) dubl edib, Duqlas Kosta (61) bir qol vurub. Daha bir qolu "Milan"ın futbolçusu Nikola Kaliniç (76) öz qapısından keçirib.
Fanat.Az