Türkiyə Kubokunun qalibi bəlli olub. Fanat.Az xəbər verir ki, final matçında "Akhisar Bələdiyyəspor”la "Fənərbaxça” üz-üzə gəlib.
Əskişəhərdə keçirilən oyunda qalib "Akhisar Bələdiyyəspor” olub. "Bələdiyyəçilər” 3:2 hesablı qələbəyə seviniblər. Bununla da onlar tarixləri ərzində ilk dəfə kubokun qalibi olublar.
"Akhisar Bələdiyyəspor”un qollarına Migel Lopes, Abdul Sissoko və Helder Barbosa imza atıb. "Fənərbaxça"nın heyətində isə Fernandao və Souza fərqlənib.
Fanat.Az