AFFA-nın Lisenziya Komissiyasının iclasının tarixi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, qurumun İcraiyyə Komitəsinin bu səhər baş tutan iclasında lisenziyalaşma barədə məlumatlar dinlənilib və yekun qərarların sabahkı yığıncaqda açıqlanması məqsədəuyğun sayılıb.
Komissiya avrokuboklarda və Topaz Premyer Liqasında iştirak üçün müraciət edən klubların müraciətlərinə sabahkı iclasda cavab verəcək. Məhz bu qərar ölkə çempionatının 2018/19 mövsümündə yüksək liqasında neçə komandanın mübarizə aparacağını müəyyənləşdirəcək.
Hazırda növbəti mövsümlə bağlı qeyri-müəyyənlik hökm sürür. İndiki kimi 8, yoxsa reqlamentə uyğun 10 komandanın oynaması klubların lisenziya alıb-almamasından asılı olacaq. Komissiya I divizion klublarının – çempionluğu təmin edib, Premyer Liqaya can atan "Xəzər” və digərlərinin tələblərə nə dərəcədə cavab verməsi barədə yekun rəyini açıqlayacaq.
Fanat.Az