"Yəqin ki, Xəqani Məmmədov yanlış məlumat verib".
Fanat.Az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib hakimlərin 8 ilə yaxın müddətdi formasız qalması ilə bağlı sualı cavablandırıb. Elxan Məmmədov bildirib ki, Hakimlər Komitəsinin sədri ictimaiyyəti yanlış məlumatlandırıb: "Hakimlər üçün iki ildən bir forma alınır. Həftədə bir-iki oyuna çıxan hakim üçün bu, yetərlidi. Hakimlərin forması gəlib, sadəcə, mövsümün sonunu gözləyirik".
Fanat.Az