Azərbaycan Kubokunun 1/8 final mərhələsində qarşılaşacaq 3 cütlük müəyyənləşib. Fanat.az xəbər verir ki, buna bu gün keçirilən 1/16 finalın oyunlarından sonra aydınlıq gəlib.
MOİK-i udan (3:1) "Qaradağ" "Rəvan"a, "Şahdağ"ı yenən (4:2) "Şuşa" "İnter"ə, "Lokomotiv"ə qalib gələn (4:2) "Mil-Muğan" "Qəbələ"yə rəqib olub. "Simurq"un rəqibinin adı isə oktyabrın 30-da keçiriləcək "Araz" - "Ağsu" oyununda müəyyənləşəcək.
4 dekabrda kueçiriləcək 1/8 finalın cütlüklərini təqdim edirik:
Qaradağ - Rəvan
İnter - Şuşa
Mil-Muğan - Qəbələ
Neftçi - Kəpəz
Bakı - Sumqayıt
Qarabağ - AZAL
Xəzər Lənkəran - Neftçala
Araz/Ağsu - Simurq
Fanat.az